“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Martın 8-də Ü.Bünyadzadə küçəsində yerləşən qadın salonunda Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Aynurə Aslanova və 1968-ci il təvəllüdlü Ziyadə Paşayeva mübahisə ediblər. Söz davası qadınların bir-birini döyməsi ilə nəticələnib. Sonda A.Aslanova Z.Paşayevanı itələyərək yerə yıxıb.
Milli.Az