Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ötən ayda dövlət büdcəsinə 108 milyon 227 min manat vəsait ödəyib.

ANS PRESS-in şirkətin saytına istinadla verdiyi xəbərə görə, məlumatda bildirilir ki, bu ilin yanvar-fevral aylarında ARDNŞ tərəfindən büdcəyə ödənilən məbləğ 226 milyon 729 min manat olub.

Bundan əlavə, şirkət bu ilin fevralında şirkət Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 1.9 faiz çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 465 min manat təşkil edib.
Mənbə
ANS PRESS