Azərbaycanda intim xidmət təklif edən sayt bağlandı
Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda sayta daxil olmaq istəyərkən yalnız əsas səhifə açılır və burada əvvəlki kimi sayt haqqında informasiya yerləşdirilib.
Lakin eskort-xidmətlər təklif edən qızların fotoşəkillərinin, qiymətlərin və xidmətlər haqqında digər məlumatların olduğu bölmə artıq yoxdur.
Bəzi məlumatlara görə, həmin xidmətləri göstərən qızlar qohumlarının təzyiqi ilə üzləşdikdən sonra sayt administrasiyası ilə əlaqə saxlayıb və fotoları silməyi xahiş ediblər.
Öz növbəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparılır:
“Biz hüquq-mühafizə orqanlarına müraciət etdik. Müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, bakuescortgirls saytı .com domen zonasında yaradılmışdı. Bunu anlamaq olar: Azərbaycanın .az domen zonasında işləyən qanunları intim xidmətləri, yəni fahişəlik xidmətlərini təklif edən saytları qəti şəkildə qəbul etmir.
Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilmişdi. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək. Bundan başqa, saytda qiymət endiriminin mümkün olmadığı göstərilir, necə deyərlər “aşağı yeri yoxdur”.
Saytın “Haqqımızda” bölməsində isə aşağıdakılar yazılmışdı:
“Bir neçə saatlıq əylənmək istəyirsiniz? Siz gözəl qızın eskort xidmətlərini birbaşa otelinizə sifariş verə bilərsiniz. O, sizinlə istədiyiniz qədər qalacaq və sizə unudulmaz birgə istirahət bəxş edəcək”.
Qeyd edək ki, Vikipediyanın yazdığına görə, eskort-xidmətlər müştərinin müvafiq imicinin formalaşdırılması üçün onun görüşlərdə, istirahətlərdə müşayiət olunması deməkdir. Əksər hallarda eskort-xidmətlər adı altında gizli fahişəliklə məşğul olurlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08