Gecə saatlarında Siyəzən rayonunda yol qəza hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Gilgilçay kəndində "MAN" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə “MAN” markalı yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər xəsarət alanı avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər.

Əməliyyat saat 01:24-də başa çatıb.
Mənbə
ANS PRESS