Tatlısəsin oğlu: “atam reanimasiyadadır”
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənni İbrahim Tatlısəsin oğlu Əhməd Tatlısəs 5 saat əməliyyatda olan atasının səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“Bunu yazıb-yazmamağı çox düşündüm, amma əgər mən oğluyamsa, səbrimin və səssizliyimin bir həddi var! Atam hazırda reanimasiyadadır, yaşamaq uğrunda mübarizə aparır. Bu elə bir əməliyyat deyil, beyin əməliyyatıdır və oraya gedərkən əvvəlcə məndən, sonra hamıdan halallıq almaq ehtiyacı duydu. Vəziyyəti çox ciddidir”, - deyə Ə.Tatlısəs sosial şəbəkə hesabında paylaşıb.
Bundan başqa, o, sırf adına istinad edilsin deyə mətbuata hansısa açıqlama verməyin yersiz olduğunu bildirib. Tatlısəs adından istifadə edərək özünə reklam qazananları tənqid edib.
Sonda Ə.Tatlısəs hamıdan atasının sağlığının qaydasına düşməsi üçün dua tməyi, sevinməyin hələ tez olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün məşhur türküçünün meneceri Eyyub Kanat sosial şəbəkə hesablarından birində əməliyyatın uğurlu keçdiyini və Tatlısəsin yaxşı vəziyyətdə olduğunu yazmışdı.
Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25