Mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlar “Zirvə” mükafatına layiq görülüb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə “Zirvə” mükafatının növbəti təqdimolunma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatr xadimlərini bayram münasibətilə təbrik edib. O, əsası Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” pyesinin tamaşası ilə qoyulan milli teatrımızın 142 illik tarixi olduğunu söyləyib. Bildirib ki, bu gün teatrımız inkişaf edir və dünya teatr aləmində öz yerini tutub.
Azərbaycanın Beynəlxalq Teatr Konfransına ev sahibliyi etdiyini vurğulayan nazir qeyd edib ki, ölkəmizdə dünya teatr prosesi müzakirə olunur. Diqqətə çatdırıb ki, Azərbaycan teatrının adı müxtəlif ölkələrdən gəlir, tamaşalarımız dünya səhnələrində rəğbətlə qarşılanır.
Teatr mütəxəssislərimizin daxili mühitdən çıxaraq beynəlxalq təcrübəni qəbul etdiyini söyləyən Ə.Qarayev teatrlarımıza xarici mütəxəssislərin dəvət olunduğunu, təcrübə mübadiləsi aparıldığını bildirib.
Nazir Azərbaycan Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən teatrlarımızın yenidən qurulduğunu, maliyyə-iqtisadi əsasının təkmilləşdirildiyini, teatrların maddi-texniki bazasının möhkəmləndirildiyini deyib.
Ə.Qarayev Prezident İlham Əliyevin apardığı siyasət sayəsində mədəniyyətimizin, o cümlədən teatr sənətinin inkişaf etdiyini söyləyib, mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, məhz onun təşəbbüsü ilə mədəniyyət nümunələrimiz bəşəriyyətin inciləri siyahısına daxil edilib.
Əbülfəs Qarayev milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatının 7 nominasiya üzrə il ərzində mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlara verildiyini söyləyib.
Sonra müxtəlif teatrların əməkdaşlarına “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim edilib.
Daha sonra “Zirvə-2015” mükafatının təqdimatı olub. “Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artisti Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər.
Qaliblərə mükafatın rəmzi simvolu, diplom və pul mükafatı verilib.
Mərasim boyu Azərbaycan Dövlət Pantomim Teatrının aktyorlarının ifasında təqdim edilən musiqi nömrələri maraqla qarşılanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33