Son İllər Ermənistanda ağır və xüsusilə ağır cinayətlərin sayı artıb.

ANS PRESS-in məlumatına görə, bu gün Ermənistan hökumətinin iclasından sonra jurnalistlər ölkədə cinayətlərin sayının artmasının səbəblərini baş prokuror Qevorq Kostanyandan soruşublar. Lakin Kostanyan buna cavab verməyə çətinlik çəkib.

O qeyd edib ki, bu barədə danışmaq hələ tezdir.

Qeyd eddək ki, Ermənistanda son bir neçə gün ərzində cinayət hadisələrinin sayı kəskin artıb. Ölkədə kriminal durum çıxılmaz vəziyətdədir. Bir neçə gün əvvəl kriminal avtoritet Levon Kazaryan və onun iki köməkçisi öldürülüb. Bundan başqa Gümrüdə bıçaqlanma və atışma nəticəsində altı nəfər xəstəxanaya çatdırılıb.

Daha sonra Ermənistanın Şirak rayonunda iki avtoritet öldürülüb və Ermənistanda Rusiya hərbçisi asılmış vəziyətdə tapılıb.

Kostanyan bu cinayətlərin araşdırıldığını bildirib.

2013-cü illə müqayisədə 2014-ci ildə rəsmi statistikaya görə, Ermənistanda ümumi cinayətlərin sayı azalsa da, ağır və xüsusilə ağır cinayətlərin sayı artıb. Zorakı cinayətlərin sayı 7,4%, xüsusilə ağır cinayətlərin sayı isə 33% artıb.
Mənbə
ANS PRESS