"İşıqpulu" arta bilər
Agentlik manatın devalvasiyasının “Azerenerji”nin kredit öhdəliklərini müstəqil şəkildə yerinə yetirmək imkanlarını zəiflətdiyini bildirir.
Agentlik hesab edir ki, daha zəif kredit qabiliyyəti “Azərenerji”nin reytinqinin aşağı düşməsinə gətirib çıxarmazdı, çünki dövlət şirkəti olan və dövlətdən dəstəklənməkdə davam edən “Azərenerji”nin reytinqi Azərbaycanın suveren reytinqi (BBB-proqnoz “Stabil”) ilə eyni səviyyədədir.
“Biz hesab edirik ki, “Azərenerji” daha ciddi risklərə məruz qalıb. Çünki onun borclarının az qala 80 faizə yaxını xarici valyuta ilə, əsasən avro, dollar və yapon iyeni ilə nominasiya olunub. Bu zaman şirkətin bütün gəliri milli valyuta ilə daxil olur. Şirkət bu riski azaltmaq üçün mühüm ehtiyat fonduna malik deyil. Bununla belə “Azərenerji”nin kreditlərinin əsas hissəsi dövlət təminatı altına alınıb” - deyə “Fitch Ratings” bildirib.
Agentliyin proqnozlarına görə, “Azərenerji”nin maliyyə mövqelərinin pisləşməsi kovenantların, yəni kreditlər üzrə öhdəliklərinin yerinə yetirilməsi şərtlərinin pozulmasına gətirib çıxara bilər. Nəticədə şirkət ya kreditlərin qaytarılması şərtlərini dəyişdirmək üçün danışıqlara başlamalı, ya da dövlət borcların qaytarılması qrafikinin pozulmasını aradan qaldırmaq üçün müdaxilə etməlidir.
“Biz gözləyirik ki, zərurət yaranarsa, dövlət tərəfindən “Azərenerji”yə belə dəstək veriləcək. Çünki əvvəllər şirkət koventnatlardan yayınmağa icazə alıb”- deyə agentlik bildirir.
“Fitch Ratings” hesab edir ki, “Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin də bütün xarici borcu valyuta ilə nominasiya olunub. Buna baxmayaraq ADD QSC “Azərenerji” ilə müqayisədə daha əlverişli mövqelərdədir. Bu da onunla əlaqəlidir ki, ADD-yə daxilolmaların üçdə ikisinə yaxını beynəlxalq və tranzit yükdaşımalarının hesabınadır. Beynəlxalq yükdaşımalarda isə tariflər İsveçrə frankı ilə hesablanır və şirkət tərəfindən dollara nominasiya olunur.
Agentlik ARDNŞ-in də borclarının 80 faizindən çoxunun dollarla nominasiya olunduğunu açıqlayıb. Lakin eyni zamanda şirkətə daxil olan vəsaitlərin də böyük əksəriyyəti dollarladır. Bu da manatın devalvasiyasını kompensasiya edir.
Digər tərəfdən, ARDNŞ xərclərinin əsas hissəsini manatla aparır. Buna baxmayaraq agentlik hesab edir ki, ortamüddətli perspektivdə vəziyyət ARDNŞ üçün də dəyişə bilər. Çünki şirkət inflyasiya təzyiqləri qarşısında əmək haqlarını və digər xərclərini artırsa, ümumi xərcləri daha da artacaq. Mənbə
Virtualaz.org
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05