Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 11 fevral 2015-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub. Tədbirlər planına əsasən, il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunmuş konsert və tədbirlərin, "dəyirmi masa"ların keçirilməsi, tamaşaların göstərilməsi nəzərdə tutulub.
Milli.Az