Əməkdar artist Nüşabə Ələsgərli sevgidən bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Düzünü desək” verilişində artıq bu haqda düşünmədiyini söyləyib:
 
“İndi sevgiyə 20 il əvvəlki kimi baxmıram. Bu haqda düşünmürəm. Mənim sevgim oğluma, qızıma məxsusdur. Tək düşüncəm onları oxutmaq, hansısa peşə sahibi etməkdir. Kişi-qadın münasibətindəki sevgi mənim həyatımda ikinci, hətta beşinci plandadır”.