Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gül sadə mərasimlə gələcək gəlini Zəhra Ayşə Karadərəyə üzük taxıb. Zəhra ilə Əhməd Ankara Universitetində tanış olublar. Bursada yaşayan Z.A.Karadərə “Yer kürəsi Gənc Həkimlər Təşkilatı”nın rəhbəri olub.
Qeyd edək ki, elçilik mərasimində çəkilmiş fotolardan biri mediada işıq üzü gördükdən sonra daha əvvəl başı açıq olan Zəhranın artıq hicab taxması hər kəsin diqqətini çəkib.

