[ 10 Mart 2015 15:08 ]


Bakı. Ağa Cəfərli - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Z. Həsənov Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin dəvəti ilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniyanın müdafiə naziri Yanko Veberin dəvəti ilə martın 12-dən 14-dək Sloveniyada olacaq.

 

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.