Müğənni Gülay Zeynallova qısa ətək geyinməməsi ilə bağlı suallara son qoyub.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişində qonaq olan sənətçi bu cür geyimi özünə yaraşdırmadığını bildirib:

“Geyimimdə risk edib, fərqli tərz seçmərəm. Mənə o qədər sual verirlər ki, arıqsan, niyə qısa ətək geyinmirsən? Mənim təbiətimə uyğun deyil. 25 yaşıma qədər qısa paltarım olmayıb. Bundan sonra da heç vaxt qısa geyinməyəcəm".