Novruzun gəlişinə az qalmış, çərşənbə axşamı günlərində Göyçayın Ləkçıplaq kəndinin xoruz döyüşdürənləri bir yerə toplaşırlar.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, xüsusi şəraitdə bəslənən döyüşkən xoruzlar qarşı-qarşıya gətirilir. Əgər döyüş 2 saat ərzində davam edirsə və qalib bilinmirsə, o zaman bərabərlik elan olunur. Yəni yarış başa çatır və sülh bağlanır.

”Uduzan xoruz udan xoruzun yiyəsinə  qalır”, - deyə kənd sakini Samir Veysəlov bildirib. O deyir ki, keçmiş SSRİ dövründə bu adət-ənənəni davam etdirmək çox çətin olub. Ancaq indi Novruz bayramının atributu olan xoruz döyüşünü rahatlıqla keçirmək mümkündür.

Heyratı, Daş Pipik, Badam Pipik, Yaponka kimi döyüşkən xoruz cinsləri ölkəmizə əsasən Türkiyə, Filippin, İndoneziya və Özbəkistandan gətirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото