Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, Bərdə rayon sakini Nurəddin Məhəmməd oğlu Əzimovun idarə etdiyi “İsuzu” markalı yük maşını və Ucar rayon sakini Ceyhun İsmayılovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Bu zaman “VAZ 2106” yararsız vəziyyətə düşüb. Həmin avtomobildə olan sərnişinlər, Ucar rayon sakinləri Şəlalə Feruz qızı İsmayılova, Telli Musa qızı Atayeva və Vaqif Soltanəli oğlu Atayev xəsarət alıblar. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Milli.Az