Bakı, 10 mart, AZƏRTAC
Martın 11-dən 19-dək Özbəkistanın paytaxtı Daşkənddə ölkənin ilk qrossmeysteri Qeorgi Aqzamovun xatirəsinə həsr olunmuş IX beynəlxalq şahmat turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 9 turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunacaq yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək. İdmançımız turnirin üçüncü reytinq favoritidir.
Turnirdə 81 şahmatçı birincilik uğrunda yarışacaq.