Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, amerikalı aparıcı Doktor Fillin müsahibi olan Nik Bobbi ilə bağlı qəribə sözlər söyləyib:
“Mən Bobbi Brauna nifrət edirəm. Uitni və Kristina üçün o qədər darıxıram ki!”.
Bu açıqlamaya təəccübünü gizlədə bilməyən aparıcı “Nik, siz sərxoşsunuz?”, - deyə soruşub. N.Qordon müsahibəni yarımçıq qoyaraq studiyanı tərk edib.
Baş verənlərdən dərhal sonra K.Braunun bacısı Leola “Facebook” səhifəsində yazıb:
“Doktor Fill, mənim sizə hörmətim böyükdür. Nik Qordon indi Bobbi Kristinanın ölümündə şübhəli şəxs kimi günahlandırılır. Bizdə onun təqsirli olmasına aid sübutlar var. Buna görə də sizdən və başqa KİV-dən xahiş edirik ki, məsələ həll olunanadək Nik Qordonu heç bir müsahibəyə dəvət etməyin”.



