Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 281,166,915 kvadratmetr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,883-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
Milli.Az