Müğənni Nadir Qafarzadə "Sənə qurban olum" adlı mahnısını dinləyicilərin ixtiyarına verib. 

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə məxsusdur. 

N.Qafarzadə yeniliklərindən də xəbər verib:

“Türkiyədə həyata keçirəcəyim layihənin hazırlıqlarını davam etdirirəm. Bu böyük bir iş və partlayış olacaq. Tam hazır olduqdan sonra onunla bağlı ətraflı danışacam. “Sənə qurban olum” bəstəsinin söz və musiqisi bir-birini tamamlayır. Düşünürəm ki, bəyəniləcək”.