Model İrina Şeyk “Real Madrid”li futbolçu Kriştiano Ronaldo ilə 5 illik münasibətini bitirmə səbəblərindən danışıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, model özünü xoşbəxt hiss etmədiyini və Ronaldonun yanında rahat olmadığını deyib:

“Düşünürdüm ki, özümə ideal kişi tapmışam. Qadın yanında istədiyi kişi olmayanda rahatlıq tapmır. Məndə də o cür idi. Mən özünəinam hiss etmirdim. Münasibət çox mürəkkəb prosesdir. Əgər kiminləsə birlikdəsinizsə, bu o deməkdir ki, onunla ömür boyu yanaşı addımlayacaq və bir-birinizə olan gözləntilərinizi doğruldacaqsınız”.