Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır.
İdman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər.
ANS PRESS Bakının yeni Atıcılıq Mərkəzinin fotolarını təqdim edir:
























Mənbə
ANS PRESS