İsveçin Koenigsegg şirkəti Cenevrə avtosalonunda Agera superkarının Agera RS adlı yeni modifikasiyasını təqdim edib. Bu avtomobildən cəmi 25 nüsxə buraxmaq planlaşdırılır və onlardan artıq 10 ədədi qabaqcadan edilmiş sifarişlərlə rəsmi premyerayadək satılıb. Superkarın çəkisi 1395 kiloqramdır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, modelin təchiz edildiyi modifikasiya edilmiş 5 litrlik biturbo mühərrik 1160 a.g. və 1280 Nm fırlanma anı hasil edə bilir.
 
Baxmayaraq ki, avtomobil trek üçün nəzərdə tutulub, müasir təhlükəsizlik standartlarına cavab verdiyi üçün onun ümumi istifadə yollarında sürülməsi üçün də icazə almaq olar.
 
Milli.Az