Bu saatlarda Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifovanın həyat yoldaşı Rövşən Ağayev dünyasını dəyişib. Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən Rövşən Ağayevin ürəyi dayanıb.Bu haqda Milli.Az-a məlumatı aktrisanın bacısı, əməkdar artist Leyli Vəliyeva da təsdiqləyib.
Qeyd edək ki, aktrisanın həyat yoldaşı ssenarist idi və Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Bir gecənin nağılı” tamaşasının ssenarisini də o yazmışdı.