Hollivud ulduzu Corc Kluninin vəkil həyat yoldaşı Amal Kluni Kolumbiya Universitetində dərs deyəcək.

Axşam.az “People” jurnalına istinadən xəbər verir ki, Kluni hüquq fakültəsində insan hüquqlarının qorunması ilə bağlı mühazirələr oxuyacaq.

Bu ilin yaz aylarında dərslərə başlayacaq 37 yaşlı hüquq müdafiəçisi gələcək hüquqşünaslarla görüşməyə səbirsizləndiyini bildirib.

Qeyd edək ki, Amal Kluninin beynəlxalq hüquq və insan haqlarının qorunması mövzusunda kifayət qədər təcrübəsi var. Onun hüquqlarını müdafiə etdiyi şəxslər arasında “WikiLeaks”in yaradıcısı Culian Assanc da var.