ANS PRESS-in məlumatına görə, "Hürrəm sultan" kimi tanınan alman aktrisa yeni serialında Murat Yıldırımla oynayacaq. Artıq bu qərar qətiləşib.
Ərəb sərmayəsi ilə çəkiləcək serial üçün uzun müddətdir ki, Üzərliyə tərəf müqabili axtarılırdı. Filmin yanvar ayında çəkilməsi planlaşdırlsa da, çəkilişlər yeni mövsümə kimi təxirə salınmışdı.
Hələlik filmin adı açıqlanmayıb.
Murad Yıldırım Azərbaycanda "Asi", "Aşk və Cəza", "Suskunlar" serialları tanınır. Aktyor bir müddət öncə yeni filminin təqdimatında iştirak etmək üçün Azərbaycana gəlmişdi.
Üzərlinin yeni mövsümdə məşhur aparıcı Acun Ilıcalının sahib olduğu TV8 telekanalında ekranlara dönəcəyi də gözlənilir. Aktrisanın "Yetenek Sizsiniz" layihəsində münsif olacağı deyilir.




Mənbə
ANS PRESS