ANS PRESS-in məlumatına görə, Sara müntəzəm olaraq ölür. Qız özü bir necə dəqiqidən sonra öləcəyini bilir və sağ qalmağa ümid edərək yaşayır.
21 yaşlı Sara həkimlərin rəsmi olaraq ölü adlandırdıqları vəziyyətlə üz-üzə qalır. O, ildə onlarla kliniki ölüm keçirib. İl ərzində bu ölümlərin sayı 36-ya kimi yüksəlir.
Taxikardiyanın nadir növündən əziyyət çəkən qızda hər şey tutmalarla başlayır - ürək qəfildən sürətlə döyünür, təzyiq qalxır, nəfəs ritmi pozulur və ürək dayanır. Qız nəfəs almır.
"Bəzən insanlar klinik ölüm zamanı tunel, işıq gördüyünü deyirlər. Lakin mən nəfəs almasam da, ürəyim döyünməsə də ətrafımda danışılanları eşidirəm".
Qız nadir sindromdan əziyyət çəkir. O, hər dəfə vəziyyətində dəyişiklik hiss edən kimi klinikaya üz tutmağa çalışır. Hətta bir dəfə ölümünü videoya çəkməyi də təklif edib. O, bu vəziyyətdən həkimlər və tələbələrin çıxış yolu axtarıb tapması üçün bu addımı atıb.
Xəstəlyinə baxmayaraq gənc qız hamı kimi fəal həyat tərzi keçirməyə çalışır.




Mənbə
ANS PRESS