Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər prospektində 131 ünvanının qarşısında qeydə alınıb.Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nəbi Mahal oğlu Rüstəmov idarə etdiyi 10-SP-081 dövlət nömrə nişanlı, “VAZ 2107 ” markalı avtomobillə yolu keçən piyada, 1937-ci il təvəllüdlü Elmira Rəsul qızı Quliyevanı vurub.
Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən E.Quliyeva orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az