[ 09 Mart 2015 11:50 ]



Bakı. Cavid Zeynallı - APA. Aprelin 10-da Vaqif Mustafazadənin 75 illik yubiley tədbiri keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Sarayında keçiriləcək yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığına həsr olunan sərgi açılacaq və musiqiləri səslənəcək.

 

Yubiley tədbirləri çərçivəsində martın 16-da Bakı Caz Mərkəzində konsert proqramının keçirilməsi də nəzərdə tutulub.