[ 09 Mart 2015 11:29 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər prospektində 131 ünvanının qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nəbi Mahal oğlu Rüstəmov idarə etdiyi 10-SP-081 dövlət nömrə nişanlı, “VAZ 2107 ” markalı avtomobillə yolu keçən piyada, 1937-ci il təvəllüdlü Elmira Rəsul qızı Quliyevanı vurub.

 

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən E. Quliyeva orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.