Bu gecə Qax rayonunda ailələrdən birinin mənzili yanaraq külə dönüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qıpçaq kəndində Nazim Hümbət oğlu İbrahimovun evində qeydə alınıb.

İkimərtəbəli evdə yanğın baş verən zaman ev sahiblari yatmış olublar. Onlar tüstüyə oyanıblar və evdən qaçıblar.

Səsə qonşular oyanıb və köməyə gəliblər. Yanğın şiddətləndiyindən onun qarşısını almaq mümkün olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Lakin yanğınsöndürənlər gələnə qədər ev tamamilə yanaraq kül olub.

Ev sahibləri mənzildən qaçarkən heç nə götürə bilməyiblər. Bütün əşyalar da tamam yanıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS: Xatirə Əkbərov