Aparıcı Samir Bayramlı yeni verilişinin yayım vaxtını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, aparıcının ötən ilin yayından anonsları yayımlanan "Toydan evvel"i martın 15-də efirə gedəcək.

Bu haqda S.Bayramlı özü xəbər verib:

"Neçə vaxtdır mənə verilən "Hardasan? Niyə efirə çıxmırsan? Verilişin nə vaxt başlayır?" suallarına son qoyuram. "Toydan əvvəl" şousu hər bazar günü saat 17:30-da ATV-də yayımlanacaq. On illik televiziya fəaliyyətimdə olan ən maraqlı, fərqli, gözəl və çətin layihə məhz budur".