Anspress-in məlumatına görə, ifaçının illərdir pərəstişkarı olan Şəmi adlı bir şəxs xüsusi olaraq onun şərəfinə gül icad edib və yetişdirib.
Nazpəri Dostəliyeva ötən günlərdə ANS telekanalında yayımlanan "A-dan Z-yə" verilişinin qonağı olub, ifaçının pərəstişkarı hal-hazırda həyatda olmasa da onun həyat yoldaşı Şamaxıdan həmin gülü dibçəkdə studiyaya göndərib.
"A-dan Z-yə" komandasının sürprizinə sevinən xalq artisti pərəştişkarının dünyasını dəyişdiyini öyrənəndə kədərlənib: "Mən çox məyus oldum, bilirdim, o, çiçəkçilik sovxozunda işləyirdi. Yadımdadır, Şəmi mənə zəng vurub demişdi ki, sizi o qədər sevirəm ki, öz əllərimlə sizin adınıza gül əkmişəm. O mənə demişdi ki, bu gül heç vaxt solmur. Söz vermişdim, Şamaxıya gedib onunla görüşəcəm. Amma geçikdim, Allah ona rəhmət eləsin. Söz verirəm, gedib ailəsini tapacam, onların evinin qonağı olacam. Bu mənim üçün ən əziz hədiyyədir, mən qoymayacam ki, bu çiçək solsun".
Milli.Az

