ATV.az-a danışan Təranə Qumral öncə xanımları bu gün münasibətilə təbrik edib:
"Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi bir gündür. Mən də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edirəm. Hər bir Azərbaycan xanımı dəyərlidir, sevilməyə layiqdir. Bayramınız mübarək!"
Təranə Qumral həyat yoldaşının ona aldığı hədiyyəni də açıqlayıb: "Bəli, Musa da məni təbrik edib. Mənə dəyərli zinət əşyası hədiyyə etdi və gözəl sözlərlə bayramımı təbrik etdi".
Milli.Az



