Bu il arzu edilən oyunu sərgiləyə bilməyən və çempionluq uğrunda mübarizədə “Çelsi”dən geridə qalan “Mançester Siti” rəhbərliyi baş məşqçisi Manuel Pelleqrinin fəaliyyətindən narazıdır.

ANS PRESS-in məlumatına görə, mövsümün sonunda komanda rəhbərliyi Pelleqrinini istefaya göndərə bilər. Bununla bağlı yayılan məlumata görə, “Mançester Siti” rəhbərliyi Pelleqrinin qarşısına bu il ölkə çempionluğunu və Çempionlar Liqasını və İngiltərə Premyer Liqasının kubokunu qazanmaq vəzifəsini qoyub. Əks təqdirdə, onun istefaya göndəriləcəyi bildirilib.

Bu iki tapşırığın yerinə yetirlməsi isə Pelleqrini üçün heç də asan olmayacaq. Belə ki, Çempionlar Liqasının səkkizdə bir final matçınuın ilk oynunda “Mançester Siti” öz meydanına da “Barselona” ya 1: 2 hesabı ilə məğlub olaraq faktiki olaraq növbəti mərhələyə çıxmaq şanslarını itiriblər.

M.Pelleqrinin yerinə namizədlər kimi isə Pep Qvardiola və Rafael Benitez və Karlo Ançelottinin adları çəkilir.

Bununla bağlı yayılan son məlumata görə, Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda iş yerini dəyişə bilər. İtaliyalı çalışdırıcı yenidən İngiltərədə işləməyə çox yaxın olması ehtimal edilir.

Bəzi məlumatlara görə, “Mançester Siti” klubunun rəhbərliyi hazırda Manuel Pelleqrini ilə yolları ayırıb, onun yerinə Ançelottini gətirməyi planlaşdırır.

Pelleqrini “Mançester Siti”ni bu mövsüm İngiltərə çempionu edə bilməsə, onunla əməkdaşlığa son qoyulacaq. Həmin posta əsas namizəd olan Ançelottinin də ingilislərin təklifinə razılıq verdiyi bildirilir. Hələ ki, Ançelotti bununla bağlı yayılan məlumatlara reaksiya verməyib. Bununla belə “Real”ın rəhbərliyinin Ançelottini başqa komandaya buraxacağı və onun istefasını qəbul edəcəyi inandırıcı görünmür.
Mənbə
ANS PRESS