1954-cü ildə ABŞ Şimali Vyetnama hərbi müdaxilə edir və bununla da Amerika-Vyetnam müharibəsi başlayır. Bəşər tarixinə “Vyetnam müharibəsi” adı ilə həkk olunan bu qanlı hadisələrdə əksəriyyəti dinc Vyetnamlı olmaqla, 3 milyondan çox insan həlak olmuşdur. ABŞ hökuməti bu müharibəyə 500 000 nəfərdən yuxarı hərbiçi cəlb etmiş və itgilislərin sayı isə 58 000 amerikalı hərbiçi olmuşdur. Amerikanın Vyetnama hərbi müdaxiləsi yalnız 1973 –cü ildə prezident Riçard Niksonun ABŞ–ın hərbi qüvvələrinin Vyetnamdan çəkilməsi barədə verdiyi tarixi əmrlə tədricən bitmişdir. Nəticədə, Şimalı Vyetnamın kommunist qüvvələri 1975 –ci ildə Sayqon şəhərini ələ keçirmiş və bir ildən sonra ölkə Vyetnam Sosialist Respublikası qurulmuşdur.

Vyetnam müharibəsində, hərbi əməliyyatlar zamanı Amerikan generallarından biri, əsgərlərinin itki verməməsi üçün həyata keçirtdiyi bir döyüş əməliyyatında, qarşısındakı bir Vyetnam kəndini havadan və qurudan bomalanmasını əmr edir. Kənd təsəvvürə gəlməz bir şəkildə bombalanmaya məruz qalır. Bombardman bitəndən sonra Amerikan xüsusi təyinatlıları kəndi mühasirə edirb, ev-ev bu kəndi axtarırlar.Sonda mərkəzi ordugaha “təmizdir” və “bura da alındı” raportunu verirlər. Onlar viran edilmiş və bombardman nəticəsində dağıdılmış kəndi tərk etmək istədikləri zaman, arxadan bir atəş səsi eşidirlər. Amansız bombardmandan sonra bu kənddə sağ qalanın olması onların təəccübünə səbəb olur.

Generalın əmri ilə kənd ikinci dəfə inanılmaz dərəcədə bombardman edilir. Kənddən göyə göbələk şəklində qalxan alovlar və göydən düşən ağır bombaların partlayışları nəticəsində yaranan dağıntıların qorxulu səsindən sonra kəndə ölü bir sükut çökür.

Yenə Amerikan xüsusi təyinatlıları kəndə daxil olurlar. Dağıdılmış kəndin uçmuş evlərinin qalıqları arasında diri qalan kənd sakinini axtarırlar. Uzun axtarışların sonunda onlar, bir dəri və bir sümk halında olan Vyetnamlı bir gənci tapırlar. Onu, əlində güclə tutduğu bir tüfənglə Amerikan generalının hüzuruna gətirirlər.

Müdafiəsiz və silahsız Vyetnam kəndi üzərində əldə etdiyi bu məğrur edici qələbədən sevinən general əsir düşən Vyetnamlı gənci gördüyü zaman çox təsirlənir. General sağ gözünü keçmişdə iştirak etdiyi hərbi əməliyyatlardan birində itirmişdi. Həkimlər onun sağ gözünün yerinə protez göz yerləşdirmişdilər. Torpağını işğal edən Amerikan hərbiçilərinə qəlbində sonsuz nifərt daşıyan bu zəif və yaralı Vyetnamlı gəncinə yaxılaşan ABŞ generalı:

- Mənə diqqətlə qulaq as. Sənin yaşamağın üçün, sənə bir fürsət vermək istəyirəm. Mənim gözlərimə diqqətlə bax. Onlardan bir həqiqi, digəri isə protezdir. Əgər həqiqi gözümü tapsan, səni güllələməkdən xilas edə bilərəm.

Yox, əgər tapa bilməsən, güllələnəcəksən. Beləliklə, mənim həqiqi gözüm hansıdır?

Aclığın və aldığı yaraların təsirindən güclə nəfəs alan Vyetnamlı gənc generala:

- Sağ gözün həqiqidir.

General çaşmış və təəccüblü halda:

- Necə ola bilər? Axı sağ gözüm protezdir. Sən nə üçün belə dedin? Axı mən sənin yaşamağını istəyirəm!

Düşmən qarşısında öz qürurunu itirməyən, cismani cəhətdən zəifləmiş, amma ruhən çox böyük olan bu Vyetnamlı gənc vətənpərvərin Amerikan generalına dediyi son sözləri bu olur:

- Sənin sağ gözün həqiqidir. Çünki o, daha insancasına baxır adama!

İslam.az