Yazın əsas ulduzu isə heç şübhəsiz ki, zanbaqlardır. Yazın gəlişi ilə zanbaqddan sanki xalı toxunur. Hollandiya, Türkiyə, Sloveniya, Fransa və sairə kimi ölkələrdə bu çiçəklərin salındığı bağlar gözəlliyi ilə göz qamaşdırır.
Zanbaq... Bu güllər yer üzünün ən gözəl möcüzələrindəndir. Lap qədim zamanlardan bütün əfsanələr, nağıllar və miflərdə zanbaq gülləri xatırlanır. Zanbaq Qədim Yunanıstanda ümid, Rusiyada sülh və təmizlik, Fransada-mərhəmət və ədalət, Almaniyada-sadiqlik rəmzidir.
Zanbaq təmiz sevgiyə xoşbəxtliyə, harmoniyaya işarə edir.
Ən gözəli isə odur ki, qadınların ən sevimlilərindən bu gözəl güllərin ən gözəl vaxtı məhz qadınların bayramı olan 8 Marta təsadüf edir.
ANS PRESS bütün qadınları sabahkı bayram münasibəti ilə təbrik edir. Onların üzündən təbəssüm, qəlbindən sevginin əksin olmamsını arzu edir.
































Mənbə
ANS PRESS