Ağstafada bədbəxt hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində elektrovoz qadını vuraraq öldürüb.

Hadisə martın 6-da saat 02:00 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində qeydə alınıb.

Stansiya ərazisində hərəkətə düşən elektrovoz Qaçaq Kərəm kənd sakini İradə Abbasova vurulub.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS