Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.
MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığı davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.
Təlimlər davam edir.
Milli.Az



