ANS PRESS-in məlumatına görə, Yaponiyanın son zamanlarda ən böyük problemlərindən biri yalnız yaşayan insanların ölümləridir.
Bu hadisəyə yaponlar Kodokuşi adı veriblər. Tək başına yaşayan yaşlı yaponların ölümündən çoxları xəbərsiz olur.
Onların meyitləri bəzən aylar, bəzən də illər sonra aşkarlanır. Bu insanların sayı Yaponiyada hər keçən il daha da artır.
Hətta, yalnız ölən insanların evlərini təmizləmək üçün bir təmizlik qrupu da yaradılıb. Bu qrup Kodokuşinin baş verməsinin qarşısını almaq üçün təşkil olunub.
Həmin ölüm evlərinin fotolarını sizə təqdim edirik:













Mənbə
ANS PRESS