Brilliant Dadaşova "Əslində mən"də səmimi açıqlamalar verib
Xalq artisti Brilliant Dadaşova qonaq olduğu proqramda şəxsi həyatı ilə bağlı bir sıra maraqlı açıqlamalar verib.

Anspress-in məlumatına görə, xalq artisti, tanınmış müğənni Brilliant Dadaşova ANS TV-nin efirində yayımlanan “Əslində Mən” proqramının qonağı olub.

Yerli sənət nümayəndələrimizin eksklüziv açıqlamalarının yer aldığı proqramda xalq artisti Brilliant Dadaşova ailə həyatından danışarkən çəkdiyi əziyyətləri, bir neçə dəfə övlad itirdiyini dilə gətirib.

"Elə bilirdilər mənim həyatımda hər şey çox gözəldir. Mən 4 övladımı itirdim. Hətta onlardan birini 5-6 ayına gəlib çatanda itirmişəm. O vaxtlar cəbhə bölgələrinə gedirdik, hansısa önəmli qonaq gələndə zəng edirdilər ki, mütləq sən olmalısan. Mən də məcbur gizlədərək həmin tədbirə gedib iştirak edirdim.

Avtobuslarda rayonlara əsgərlərin qarşısında çıxışa gedirdik və sonra da gəlib birbaşa xəstəxanaya getməli olurdum. Beləcə, 4 övladımı itirdim. Əgər 4 oğlan övladım olsaydı, indi beş oğlum var idi", - deyə B.Dadaşova səmimi və kövrək açıqlamalar səsləndirib.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото