Axşam.az-ın məlumatına görə, tədbirdə filmin baş rol ifaçıları İlkər Ayrık və Hakan Bulut iştirak edib. Tamaşaçılarla bir yerdə filmi izləyən yaradıcı heyət daha sonra media nümayəndələrinin qarşısına çıxıb. Görüşdə aktyorlar heyranlarına imza paylayıblar.
Qeyd edək ki, filmin rejissoru və baş rol ifaçısı İ.Ayrıkdır. Digər rollarda isə Şəbnəm Bamsey, H.Bulut, Suzan Kardeş, İvana Sərt çəkilib.





