Bakı, 6 mart, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçirəcəyi imtahanlara hazırlıq mərhələsi çərçivəsində martın 4-5-də Xətai rayonunun ümumtəhsil müəssisələrindən cəlb edilmiş nəzarətçi-müəllimlər üçün treninqlər keçirib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ndə qeydiyyatdan keçmiş 547 müəllimdən 522-si təlimlərdə iştirak edib.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~2Cwzz