Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu il ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan müxtəlif tədbirlər təşkil edilir.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə universitetdə tələbələrin qrafika və əl işindən ibarət sərgi açılıb. Sərgidə Avropa Oyunlarında təmsil olunacaq idman növlərinə aid 30-dək iş nümayiş etdirilib.
Avropa Oyunlarınadək davam edəcək sərgi müxtəlif qurumlarda və təhsil ocaqlarında nümayiş olunacaq.