Məryəm Ələkbərlinin “həzin səsi”
Riqa, 6 mart, AZƏRTAC
Latviyada çıxan məşhurlar haqqında populyar «Patiesā Dzīve» həftəlik jurnalında Sandra Landorfanın Azərbaycandan olan gənc istedad Məryəm Ələkbərliyə həsr edilmiş “Həzin səs” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə deyilir ki, 2014-cü ilin payızında Riqanın sənət aləmini Azərbaycandan olan xüsusi qonaq – 23 yaşlı Məryəm Ələkbərli rövnəqləndirib. O, meyvələrdə, mənzərə əsərləri və portretlərdə, naturadan çəkdiyi şəkillərdə işığı təsvir edir və təhtəlşüurundan boylanan zülmətin zərrəciklərini paylaşır. “Riqa birjası” Rəssamlıq Muzeyində sərgiyə dəvət edən afişaları gənc rəssamın “Məryəm və göyərçin” əsərindən fraqment bəzəyib.
S.Landorfa yazır ki, sərginin açılışına Azərbaycandan bütöv bir nümayəndə heyəti - Məryəmin mələkləri - ata-anası, habelə fotoqraf, operator, jurnalistlər gəlib. O unudulmaz gecədə Azərbaycanın Əməkdar Artisti Murad Hüseynovun təxminən bir saatlıq konserti olub. Sərgidə latviyalı sənətşünas, ölkənin sabiq mədəniyyət naziri Helena Demakova, Berlin Rəssamlıq Akademiyasının professoru, almaniyalı sənətşünas İnqe Şmidte və başqaları çıxış ediblər.
Məqalə müəllifi yazır: “Məryəmin əsərlərinin reproduksiyalarına tamaşa edəndə avtoportretdəki gözlərin mavi rəngində, sıxsan sanki içindən litrlərlə cənub işığı süzüləcək parlaq şirəli meyvələrdə əks olunan səsini duyurdum. Eyni qaydada əllərində musiqi alətləri tutan, cəsarətlə və şəhvət doğurmadan çılpaq dayanan təmiz və azad qızlarda da. Sadəlövh sədaqətdən tutmuş qara zolaqların, göz qapaqlarının, həya və incikliyin doğurduğu gecə kimi zil qara gözlərin arxasında gizlənmək istəyinə qədər həyəcanlar qamması”.
Bəli, Məryəmin əsərlərində tanınmış sənətşünasların şərh etdiyi kimi qara rəng mövcuddur: “Məryəmin açıb göstərdiyi mənəvi ehtiyaclar həm bizim artıq bildiklərimiz, həm də gizlin saxladığımız ehtiyaclardır ki, onları açmaq lazımdır və bəlkə də onlar qara rəngin isti/soyuq, təmiz/tutqun, açıq/tünd çalarları altında gizlənib və yalnız arabir gözə dəyir”. Yəni qara rəng, sadəcə, dekorativ element, kontur deyil, haradasa Məryəmin əsərlərinin çox dərinliklərində yaşayan bir varlıqdır.
S.Landorfa yazır ki, Məryəm Ələkbərli rəssamların ən pakı, ən təmizidir. Onun əsərləri intellektual senzura şəbəkəsindən azad olan ürəyin ən incə görüntüləridir.
Müəllif Azərbaycanın Xalq Rəssamı Elçinin Məryəmin əsərləri haqqında yazdığı sözləri sitat gətirir: “Elə təəssürat yaranır ki, onun sadə rəsmləri, boyaları bizi sanki ehkamlar aləmindən maqnit kimi qoparır. Səadət və fəlakəti, arzularımızı və asılılığımızı bizə göstərən bu çəkisiz, az qala qəmli akvarel boyalarına qərq olursan” .
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05