Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, saniyədə 25-30 görüntünü beyinə ötürən gözlər bəzən insanları yanılda bilər.
Bunu aşağıdakı rəsmlər əsasında izah etmək olar:
Bu dairələr sizin göz hərəkətiniz sayəsində fırlanır. Əgər gözünüzü qırpmadan onlara diqqətlə baxsanız, hərəkət etmədiklərini görəcəksiniz.

Hərəkət edən oxlar - Burada da ilk baxışdan oxlar hərəkət edirmiş kimi görünür. Əslində isə gözlərinizi qırpmadan baxdıqda oxların tərpənmədiyini görəcəksiniz.

Rəqs edən robotlar - Nöqtələrdən hazırlanmış bu şəklə gözlərinizi müxtəlif istiqamətdə hərəkət etdirərək baxdıqda onların rəqs etdiyini görəcəksiniz.

Fırlanan dairə - Ortadakı nöqtəyə baxıb şəklə doğru yaxınlaşıb uzaqlaşdıqca dairələrin hərəkət etdiyini görəcəksiniz.

Dalğa effekti - Şəklə baxdıqda dalğavari hərəkət görünür. Ancaq bu, hərəkətsiz şəkildir.

İlluziya - Müxtəlif rəngli görünən fiqurların ortasındakı düz xətti barmağınızla tutsanız, əslində onların hər ikisinin eyni rəngdə olduğunu görəcəksiniz.

Sağa, yoxsa sola hərəkət etdiyi bilinməyən rəsm.
