“Azərbaycan qadını” jurnalının yaz buraxılışı işıq üzü görüb
Bakı, 6 mart, AZƏRTAC
Ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramına – ilk Avropa Oyunlarına artıq yüz gündən də az vaxt qalıb. Azərbaycan Avropanın müxtəlif ölkələrini təmsil edən altı min idmançını, o cümlədən çoxsaylı qonaqları qarşılamağa hazırlaşır. Prezident İlham Əliyev və “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mütəmadi olaraq olimpiya obyektləri ilə bağlı vəziyyəti nəzərdən keçirir, aparılan tikinti işlərinin gedişatı ilə maraqlanır, müvafiq tapşırıqlarını və tövsiyələrini verirlər. “Azərbaycan qadını” jurnalının yaz buraxılışında da məhz oxuculara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərlə bağlı geniş materiallar təqdim edilir.
AZƏRTAC xəbər verir ki, jurnalın bu buraxılışında bir-birindən maraqlı materiallar oxucuların zövqünü oxşayacaq.
Oxucular jurnalın bu nömrəsində Britaniya ilə Azərbaycan arasında genişlənən humanitar əməkdaşlığın ildən-ilə inkişaf etməsindən, keçirilən möhtəşəm layihələrdən xəbər tutacaqlar. İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinin şərəfinə təşkil olunan ziyafət ölkələrimiz arasındakı dostluq əlaqələrini əks etdirən xeyirxah ənənələrin bir hissəsidir. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, həmçinin cəmiyyətin üzvləri, Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirlə bağlı daha ətraflı məlumatla oxucular jurnalın səhifələrində tanış ola biləcəklər.
Bakı Beynəlxalq Humanitar Forumu ötən il çağdaş dünyanın əksər dühalarını bir yerə toplamaqla bir daha sübut etdi ki, əbəs yerə “intellektual Davos” adlandırılmır. Foruma qatılan məşhur siyasətçilər, alimlər, Nobel mükafatçıları, mədəniyyət xadimləri qloballaşma, multikulturalizm, ekologiya, iqtisadiyyat, biotexnologiya kimi vacib məsələləri müzakirə etdilər. Forum iştirakçılarının “Azərbaycan qadını” jurnalına eksklüziv müsahibələri, inanırıq ki, oxucular tərəfindən maraqla qarşılanacaq.
“Uşağın tərbiyəsini bizə tapşıran təbiət deyil, bütün dünyanı Yaradandır və ... biz hamımız təbiətin əvəzsiz möcüzəsini başa çatdırmağa müvəkkil edilmişik...”. Bu sözlərin müəllifi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili bir müddət əvvəl Bakıda oldu, müxtəlif seminarlar aparıb. “Möcüzə ilə üz-üzə” adlı materialda oxucular təcrübəli pedaqoqun “Azərbaycan qadını” jurnalına müsahibəsini, eləcə də uşaqların tərbiyəsi və təhsili ilə bağlı fikirlərini oxuya bilərlər.
“Azərbaycan qadını” jurnalının üz qabığında səhnəmizin unudulmaz Cülyettasının şəkli yer alıb. Ötən ilin son günlərində Azərbaycan Dövlət Musiqili Dram Teatrında əfsanəvi aktrisamız Barat Şəkinskayanın 100 illiyi qeyd olundu. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən reallaşan, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə onu sevənlər bir araya gəlmişdi. Barat xanımın sevdikləri də burdaydı: Şekspirin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin qəhrəmanları... Vaxtilə həyat verdiyi obrazların müasir ifaçıları Barat xanımla bağlı xatirələrini, fikirlərini jurnalın oxucuları ilə bölüşürlər...
“Azərbaycan qadını” jurnalının payız buraxılışında oxucuları həmçinin xalq artisti Siyavuş Kərimi, Azərbaycanın xalq artisti, professor Şəfiqə Məmmədovadan aktyor sənətinin əsaslarını öyrənən gənc vokalçılarla, müasirlərimiz Leyli Ələkbərova, Xəyalə Elyazova, Mimi Aykonla maraqlı görüş gözləyir.
“Azərbaycan qadını” jurnalının (baş redaktor Fatma Abdullazadə) hər nömrəsinin oxuculara gözəl bir mədəniyyət tədbiri ilə təqdim olunması artıq ənənəyə çevrilib. Jurnalın yaz buraxılışının təqdimatı martın 7-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Proqramda Azərbaycanın gənc vokal ifaçıları – Aytac Şıxəlizadə, Aydan Quliyeva, Aynur İsgəndərli, Anton Ferştandt, Fərid Əliyev və Adil Axundovun çıxışı nəzərdə tutulub. Konsertmeyster İlahə Sadıqzadə, konsertin bədii rəhbəri SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq artisti, professor Şəfiqə Məmmədovadır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33