Bakıda ”Microsoft” İnnovasiya Günü keçiriləcək
Bakı, 6 mart, AZƏRTAC
Martın 12-də “Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ənənəvi “Microsoft” İnnovasiya Gününü (“Microsoft Innovation Day”) keçirəcək.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, müasir insanın həyatı bulud texnologiyaları ilə sıx bağlıdır: işdə, təhsildə, məişətdə, sosial həyatda, əyləncədə, səyahətdə və s. Bütün bunları nəzərə alaraq, “Microsoft Azerbaijan” şirkəti builki “Microsoft” İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunacaq və ən müasir texnoloji yenilikləri əhatə edəcək.
“Microsoft” İnnovasiya Günündə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov, “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi) və digər rəsmi şəxslər çıxış edəcəklər. Bundan başqa, “Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək. Eyni zamanda, “Windows” əsaslı cihazları, həmçinin işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcək, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışacaqlar.
Bununla yanaşı, tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış “Tesla” avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunacaq.
Qeyd edək ki, “Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05