Nəsimi Rayon Polis İdarəsində saxlanılan şəxslərlə polis arasında dava düşüb
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Miraqil Qiyasovun xidməti otağında dindirmə zamanı baş verib.

Narkotik vasitələrin daşınması və satılmasında təqsirli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Şəfa İsmayılov saxlanılıb.

Onun barəsində olan cinayət işi üzrə dindirilmə zamanı 22-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, 1990-cı il təvəllüdlü Sehran Əkbərovu söyərək yumruqla sifətinə vurub. Bundan sonra saxlanılan şəxslə polis baş leytenantı dava edib.

Nəticədə hər ikisi xəsarət alıb. S.Əkbərov DİN-in hospitalına müraciət edib.

Milli.Az