“Day.az” və “Eventuz” şirkətinin “Secret garden” adlı birgə layihəsi. “Eventuz” şirkətinin təşkilatçılığı ilə “Secret Garden” adlı heyrətləndirici layihə incəliyi ilə başqa layihələrdən seçilir.

Qışın soyuğundan sonra öz incə gözəllikləri ilə Bahar fəslinin gəlişi kimi gözəl olan xanımlarımız ətrafı qar yuxusundan oyatdılar. Və Bahar xanımların fikirli baxışlarında Bakıya gəldi.

On xanım “Alfaparf Milano Azerbaijan” gözəllik salonunun vizajistləri və saç ustaları tərəfindən bəzədildikdən sonra, “Meci Baku Flowers” gül salonunun gülləri ilə bir neçə maraqlı obrazlar yaratmışdı. Müğənni, “Eurovision - 2011” musiqi müsabiqəsinin qalibi Nikki Jamal; müğənni, “Böyük səhnə” musiqi müsabiqəsinin iştirakçısı Rilaya; aparıcı və aktrisa Aydan Axundzadə; skripka ifaçısı Ceyla Seyidova; modelyer-dizayner Zümrüd Mirzəliyeva; radio-aparıcı Elvira İsmayılova, “Park Bulvar” PR-meneceri Günay Malikqızı; PR-menecer Fərəh Qurbanova; “Furor” jurnalının baş redaktoru Firəngiz İsayeva və digərləri, prodüser Zəhra Bədəlbəyli kimi tanınmışlar iştirak etmişlər. Amazonka, Qar Kraliçası, Pəri və sairə obrazlarda xanımları görə bilərsiz.

Mili.Az