Bakı, 6 mart, AZƏRTAC 
Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 13-də saat 11-də Goranboy rayonunda Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (055-220-55-60) və Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin, nazirliyin qaynar xətti (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.